Azərbaycanlı zəvvar Kərbəlaya piyada yola düşüb - FOTO

05
sen
2019
11:37
Azərbaycanda yaşayan vətəndaşlarımızdan biri Aşura gününü Kərbəlada keçirmək məqsədilə piyada səfərə çıxıb.BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkəyə foto yerləşdirilib. Həmyerlimiz bir neçə gün bundan öncə ölkəni tərk edib və hazırda 168 km məsafə qət edərək İranın Ərdəbil şəhərinə çatıb. Yol boyu heç bir avtobus və avtomobildən istifadə etməyəcək zəvvar daha 1200 km məsafə qət edərək Aşura günü İraqın Kərbəla şəhərinə çatmağı planlaşdırır. Qeyd edək ki, Aşura günü - İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) nəvəsi İmam Hüseynin (ə) şəhadətə çatdığı gündür. Bu məqsədlə əksər müsəlman ölkələrindən olan insanlar Kərbəla şəhərinə ziyarətə gedirlər.

Oxşar xəbərlər
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Bu il üçün Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.BAKU.WS xəbər verir ki, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə...
