055 213 76 73
BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, 38 yaşlı fermer təsərrüfatının quşçuluq sexindəki hava təmizləyən qurğuları yumaq məqsədi ilə onların üzərinə elektrik nasosu ilə su vurarkən onu elektrik cərəyanı vurub.
Hadisə baş verən zaman onun yanında olan işçiləri fermeri maşına qoyub Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da artıq gec olub.
Qeyd edək ki, ailənin sonuncu övladı olan Fərəc Əzizov 4 bacının yeganə qardaşı olub. Onun özünün də 4 azyaşlı övladı var idi.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA