SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa rayonunda bacıoğlu və dayısı arasında yaşanan mübahisə sonda dayının bıçaqlanması ilə bitib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Vilayet Misirov iki bıçaq zərbəsi diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən V.Misirovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, 58 yaşlı kişini öz bacısı oğlu bıçaqlayıb.

İlham Məmmədov
BAKU.WS