Azərbaycanda güclü yanğın - 7 nəfərin vəziyyəti ağırdır - VİDEO

Azərbaycanda güclü yanğın - 7 nəfərin vəziyyəti ağırdır - VİDEO
Video
Hadisə 4366
Şabranda əlillərin binasında yanğın baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Bildirilir ki, Şabran Dəmir Yolu Vağzalının yaxınlığında əlillər üçün tikilən 4 mərtəbəli binada yanğın olub.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 4 mərtəbəli binada başlayan yanğın söndürlüb.Şabranda baş verən yanğın hadisəsi ilə bağlı xəstəxanaya 7 nəfər gətirilib.Hadisə zamanı 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Son xəbərlər