Lənkəranda yaşlı qadın azyaşlı nəvəsinin idarə etdiyi maşın tərəfindən vurulub.

BAKU.WS 
“oxu.az”a istinadən xəbər verir ki, hadisə avqustun 6-da Mirzə Məhəmmədhüseyn Axund küçəsi, ev 190 ünvanında baş verib.

Belə ki, sözügedən ünvanda yaşayan Zaur Ağayevin avtomobilini səkkiz yaşlı nəvəsi nəzarətsiz halda hərəkətə gətirib.

Nəticədə uşaq nənəsi - 67 yaşlı Zahirə Dilşad qızı Ağayevaya maşınla ciddi xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS