Ərə getmək istəməyən daha bir 17 yaşlı qız özünü asdı - YENİLƏNİB

Ərə getmək istəməyən daha bir 17 yaşlı qız özünü asdı - YENİLƏNİB
Hadisə 3328
Azərbaycanda daha bir 17 yaşlı qız intihar edib.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib.Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb.Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından saytımıza verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.Belə ki, qız nənəsi və babası ilə yaşayıb. Atası A,Hacıyevanın anasından boşanaraq Rusiyaya gedib. Anası isə İmişli rayonunda ərə gedərək qızı valideynlərinin yanında qoyub. İlkin məlumata görə, nənə nəvəsini ərə vermək istəyib və bəyin ailəsini də seçib. Lakin qızın özü bu nikahı istəməyib.A.Hacıyeva taxıl kisələrinin üzərinə çıxaraq tikilidə özünü asıb. Nəvənin meyitini nənəsi tapıb. Onlar bir otaqda yatıblar və qadın çarpayısında nəvəsini görməyəndə onu axtarmağa başlayıb.Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.Xatırladaq ki, analoji hadisə Zaqatala rayonunda baş verib. Belə ki, bir müddət əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb. Onun intiharına səbəb kimi məcburi ərə verilməsi ehtimal olunur. Məlumat üçün bildirək ki, Gülər nişanlı olub. 15:07:21Cəlilabadda 17 yaşlı qız intihar edib.BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Əliqasımlı kəndində A.Hacıyeva özünü yaşadığı evdə asıb.İntiharın səbəbi araşdırılır.Xatırladaq ki, bir həftə əvvəl Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılova özünü asıb. İddiaya görə, intihara səbəb valideynlərinin onu sevmədiyi şəxsə ərə vermək istəməsi olub.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neftçalada 17 yaşlı gənc özünü asdı

Neftçalada 17 yaşlı gənc özünü asdı

Neftçala rayonunda 17 yaşlı gənc özünü asıb.BAKU.WS-in məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Uzunbabalı kəndində baş verib.Belə ki, kənd saki...

948 Hadisə 22:29 03 iyul 2019

Son xəbərlər