Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan, 1992-ci il təvəllüdlü Əkbərov Pənah Bəhram oğlunun axtarışları başa çatıb.

P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***11:55
Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi ərazisində bir nəfər dənizdə çimərkən boğulub.

BAKU.WS 
“AzərTAC”a istinadən xəbər verir ki, dənizdə boğulan gənc Xaçmaz şəhər sakini, 1992-ci il təvəllüdlü Pənah Bəhramoğludur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunsa da, hələlik gəncin cəsədi tapılmayıb.
BAKU.WS