Bakıda qadınların uşaqları ilə birlikdə yolu bağlamasının səbəbi məlum oldu – FOTO (YENİLƏNİB)
22
iyl
2019
17:55
Bu gün bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısındakı yolu kəsməyə cəhd göstərərək nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, onlar Binəqədi rayonunda yerləşən avtobazanın həyətindəki tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin üzvləridir və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Dövlət Komitəsinin məsul əməkdaşları həmin şəxsləri qəbul edib, onların müraciətlərini dinləyiblər. Məcburi köçkünlərə bir daha bildirilib ki, bu kateqoriyadan olan vətəndaşların yeni mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Dövlət Proqramı və ona edilmiş Əlavələrdə göstərilən konkret köçürülmə obyektləri üzrə mərhələli şəkildə aparılır. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması əlaqədar müraciətlər Dövlət Komitəsinin İşçi qrupu tərəfindən araşdırılır, nəticələr müvafiq qaydada komissiyaya təqdim edilir. Komissiyanın rəyi əsasında müvəqqəti məskunlaşma obyektlərindən məcburi köçkünlərin köçürülməsi barədə qərar qəbul edilir.Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı vəziyyətdə olması barədə rəy verilmiş binalarda, yataqxana, zirzəmi və yarımtikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni mənzillə birinci növbədə təmin edilir və bu proses mərhələli şəkildə aparılır.Vətəndaşların öz tələblərini çatdırmaq vasitəsi kimi avtomaşınların hərəkətinə mane olmaq, yolu bağlamağa cəhd etmək məsələsinə gəldikdə isə bu, ictimai asayişin pozulması faktıdır. Belə faktlara müvafiq dövlət orqanları tərəfindən hüquqi qiymət verilir.***14:17Bakının Yasamal rayonunda vətəndaşların bağladığı yol artıq açılıb.Bu barədə Yasamal rayon İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib.“Problem həll edilib. Bu məsələnin bizim qurumla bağlılığı yoxdur”, - deyə bildirilib.Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsindən BAKU.WS-ə bildirilib ki, yolu bağlayan vətəndaşlar artıq yolu açıblar:"Vətəndaşlar məcburi köçkündürlər. Onların məişət problemləri olduğu üçün yolu bağlamaq qərarına gəliblər. Hazırda yolu bağlayan vətəndaşlar “Qaçqınkom”dadırlar. Onların problemləri araşdırılır və məsələ həll ediləcək", - deyə bölmədən bildirilib.***12:32Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi prospekti istiqamətində yolu bağlayıblar.Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.Hadisə ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.Hadisənin görüntüsünü təqdim edirik.
Oxşar xəbərlər
Bakıda maşın yoluna çıxan kişi aləmi bir-birinə vurdu – VİDEO
Ötən gün axşam saatlarında naməlum şəxs Bakının Nərimanov rayonunda aləmi bir-birinə vurub.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.Bildirilir ki,...