SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Bakı-Şamaxı-Yevlax yolunda qəza baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, Şamaxı ərazisində “KİA” markalı, 90 MN 014 nömrə nişanlı avtomobil hərəkətdə olarkən sürücü qəfil idarəetməni itirib. Nəticədə maşın aşıb.

Hadisəyə sürücünün diqqətsizliyi səbəb olub. Ani diqqətsizlik nəticəsində baş verən qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, maşın “Rent-a-car-005”-dən kirayə götürülübmüş.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO