66 yaşlı kişini döyərək öldürdülər - FOTO
16
may
2019
21:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda 66 yaşlı kişi döyülərək öldürülüb.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Təzəkənd kənd sakini, 66 yaşlı Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov mübahisə nəticəsində aldığı zərbədən vəfat edib.Mübahisəyə səbəb Bəfadar, Pərvin, Elnur, Telman və İlham adlı şəxslərin mərhumun evinin qarşısındakı su kollektorunun üzərində yerləşən piyada körpüsünü dağıtmaq istəmələri olub. Həmin şəxslər mal-qaranın körpüdən keçərək, onların ərazilərinə girməsinin qarşısını almaq üçün belə bir addıma əl atıblar.Onlara mane olmağa çalışan B.Rəhmanov döş qəfəsi nahiyəsindən yumruq zərbələri alıb. Özünü pis hiss edən kişini xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, yolda dünyasını dəyişib.Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib. Faktla bağlı şübhəli bilinən 3 qardaşın saxlanıldığı bildirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda kişi özünü qonşunun mağazasında asaraq öldürüb
Bakı şəhəri, Nizami rayonu Əlif Haciyev küçəsində 50-55 yaşlı kişi qonşunun mağazasında özünü asıb.ONA-nın xəbərinə görə, özünə qəsd edən şəxs Masallı rayon sak...