Azərbaycan Müdafiə Nazirliyi: "Düşmən Ordu 276 nəfər itki verib" (SİYAHI)
Ermənistanın Müdafiə nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür.
Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.
Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası
| 03.01.2015 | Zabit Karen Qriqoryan Əsgər Vardan Mkrtçyan |
| 05.01.2015 | Soyadı göstərilməyən 2 hərbi qulluqçu |
| 05.01.2015 | Каren Mirzəyan |
| 17.01.2015 | Hərbi qulluqçu Arman Arutyunyan |
| 17.01.2015 | Маyor Artur Vardevanyan |
| 20.01.2015 | Hərbi qulluqçu Suren Pilosyan |
| 21.01.2015 | Hərbi qulluqçu Naapet Asatryan |
| 21.01.2015 | Kiçik çavuş Arman Udumyan |
| 23.01.2015 | Leytenant Karen Qalustyan Əsgər Artak Sarkisyan |
| 26.01.2015 | Baş leytenant Samvel Zurabyan Karen Muradyan Zatik Tutxalyan |
| 29.01.2015 | Aykaz Barseqyan |
| 05.02.2015 | Hərbi qulluqçu Şekspir Akopyan |
| 11.02.2015 | Baş leytenant Tiqran Simonyan |
| 14.02.2015 | Kiçik çavuş Arman Osipyan |
| 27.02.2015 | Albert Safaryan |
| 28.02.2015 | Artak Aqekyan Ayk Baroyan |
| 03.03.2015 | Arsen Karapetyan |
| 06.03.2015 | Samvel Mirzəyan |
| 19.03.2015 | Akop Xaçaturyan Eduard Ayrapetyan Arşak Arutyunyan Samvel Akopyan |
| 21.03.2015 | Çavuş Ayk Marqaryan |
| 29.03.2015 | Ovsep Andreasyan |
| 07.04.2015 | Baş gizir Ayk Keşioqlyan Əsgər Levon Mirzəyan |
| 10.04.2015 | Əsgər Artur Arakelyan |
| 17.04.2015 | Əsgər Artem Tovmasyan |
| 08.05.2015 | Əsgər Arutyun Ambaryan |
| 29.05.2015 | Xdr Saroyan |
| 05.06.2015 | Mayor Sarkis Maykl S. |
| 07.06.2015 | Sirak Gevorqyan |
| 11.06.2015 | Edqar Melkonyan |
| 26.06.2015 | Müqaviləli Arman Epremyan |
| 30.06.2015 | Leytenant Marvik Məlikyan |
| 05.07.2015 | Sasun Ziroyan Marat Tadevosyan |
| 22.07.2015 | Qalust Verdoyan |
| 05.08.2015 | Arsen Unanyan |
| 12.08.2015 | Siravi Karen Ovanesyan |
| 16.08.2015 | İvan Babayan |
| 19.08.2015 | Müqaviləli əsgər Aşot Ovanesyan |
| 03.09.2015 | Ayk Devoyan |
| 04.09.2015 | Marat Xaçanyan Arman Stepanyan |
| 04.09.2015 | Mayor Qriqor Saakyan Mayor Sevak Qasparyan Kapitan Taron Sedrakyan Gizir Qevorq Vardanyan |
| 06.09.2015 | Hərbi qulluqçu Narek Arutyunyan |
| 18.09.2015 | Hərbi komisar Derenik Papyan |
| 21.09.2015 | Zabit Suren Davtyan |
| 25.09.2015 | Hərbi qulluqçular Norayr Xaçaturyan Robert Mkrtçyan Arut Akopyan Karen Şaqinyan |
| 14.10.2015 | Babken Saruxanyan |
| 24.10.2015 | Arutyun Akopyan |
| 05.11.2015 | Levon Tonoyan |
| 06.11.2015 | Xaçik Poqosyan |
| 13.11.2015 | Vaqa Vanoyan Mikael Torosyan |
| 15.11.2015 | Vardan Mamikonyan Aram Aslanyan |
| 28.11.2015 | əsgər Qevorq Xaçaturyan |
| 30.11.2015 | Bir nəfər həlak olan |
| 04.12.2015 | Erik Qriqoryan |
| 09.12.2015 | Qarik Avanesyan |
| 11.12.2015 | Leytenant Vardan Vardanyan |
| 12.12.2015 | Karen Qriqoryan |
| 18.12.2015 | Qor Oqanyan Aqasi Qriqoryan Ruben Aleksanyan |
| 19.12.2015 | Sidar Aloyan |
| 20.12.2015 | Kəşfiyyat zabiti Taron Karapetyan |
| 21.12.2015 | Əsgər Stepan Qalustyan |
| 25.12.2015 | Karen Akulyan |
Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.
Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur. 2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar. Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib. BAKU.WSOxşar xəbərlər
Müdafiə Nazirliyi: "Ermənilər cəbhədə 143 ölü itki verib"
Ermənistan Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 8830 dəfə pozulub. BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata g...