Cəbhədə qızğın döyüş gedir: 18 ölü və 20-dən artıq yaralı var (RƏSMİ)

Cəbhədə qızğın döyüş gedir: 18 ölü və 20-dən artıq yaralı var (RƏSMİ)
Hadisə 6890

 

Ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər.

Qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.

Düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə nəzarət etməklə düşmənin bütün hərəkətlərinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.

BAKU.WS 

Oxşar xəbərlər

Ordumuz daha bir şəhid verdi

Ordumuz daha bir şəhid verdi

Azərbaycanın hərbi qulluqçumuz həlak olub. BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə dö...

1707 Hadisə 10:36 18 dekabr 2015

Son xəbərlər