Rusiyanın Arxangelsk vilayətində dəhşətli cinayət baş verib.

BAKU.WS “ria.ru”ya istinadən xəbər verir ki, kişi öz ad günündə ana və atasını diri-diri yandırıb.

Belə ki, kişi ad günüdə spirtli içki qəbul edib. Sonra valideynləri ilə mübahisəyə başlayıb. Mübahisədən sonra o, ana və atasının üstünə benzin töküb və yandırıb.

Hadisə zamanı yaşlı kişi diri-diri yanaraq ölüb. Qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Valideynlərini yandıran övlad isə polis tərəfindən tutulub. Dindirilmə zamanı o, törətdiyi cinayəti etiraf edib. Onun barəsində cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS