Abşeron rayonu, Masazır qəsəbəsində yol qəzası baş verib. Qəsəbənin Əliağa Vahid küçəsində naməlum avtomobil 38 yaşlı Mehdi Nuriyevi vurub və sürücü hadisə yerindən qaçıb. Piyada isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

BAKU.WS
Kəpəz TV-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, piyadanı "VAZ 2107" markalı maşın vurub. Polisin araşdırması nəticəsində məlum olub ki, yol qəzası zamanı həyatını itirən şəxs "makler” kimi fəaliyyət göstərirmiş. Onu vuraraq qaçan sürücü 27 yaşlı Şahin Ələkbərov isə könüllü olaraq polisə təslim olub.

İlkin ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub.

Faktla bağlı araşdırmalar davam edir

BAKU.WS