SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxda “Mercedes” markalı avtmobilin aşması nəticəsində 4 nəfər yaralanıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hadisə nəticəsində avtomobildə olan 1985-ci il təvəllüdlü Allahverdiyev Rasim Qədir oğlu, onun həmaşıdları Mustafayev Pərviz Nəbi oğlu, Əhmədov Camal Elvin oğlu və Elnur Abuşov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. İlkin məlumatlara görə hadisə avtombilin daş hasarına çırpılması nəticəsində qeydə alınıb.

Faktla bağlı artıq araşdırmalara başlanılıb.

BAKU.WS
QALEREYA