Bakının Xətai rayonunda oğul atasını bıçaqlayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun R.Məmmədov küçəsində baş verib.

Haqverdiyev Mübariz Talıb oğlu övladı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı təcili olaraq xəstəxanaya aparılıb. M.Haqverdiyev dərhal cərrahi əməliyyat edilib. Vəziyyətinin hazırda ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS