SİZİN REKLAM BURADA!
055 213 76 73



Fevralın 23-də Bakının sabunçu rayonunda gənc qız atasını bıçaqlayıb.


Bu barədə Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən BAKU.WS-ə məlumat veriblib.

Verilən məlumata görə, Ramana qəsəbə sakini 49 yaşlı İlham Hüseynov bıçaqlanıb. Onu ağır vəziyyətdə Sabunçu rayon xəstəxanasına yerləşdiriblər. Vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, onun qızı 19 yaşlı Günel Hüseynova tərəfindən bıçaqlandığı bildirilir. Hadisə isə ailə münaqişəsi zəmnində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS