SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində 82 yaşlı kişi oğlu tərəfindən döyülüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsinin "Beton zavod" adlanan ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1936-cı il təvəllüdlü Mahmud Müslüm oğlu Məmmədov öz oğlu tərəfindən döyülüb. Xəstəxanaya çatdırılan yaşlı kişinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS