13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakı Apelyasiya Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun barəsindəki hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

BAKU.WS report-a istinadən məlumat verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb kimi ilkin qərardan kassasiya şikayəti verilməsi göstərilib.

Qeyd edək ki, 2015-ci ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. İ.Hüseynov 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Noyabr ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib. Qərardan narazı qalan İ.Hüseynovun müdafiəçisi Adəm Məmmədov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
 
BAKU.WS