İyunun 24-də dünyasını dəyişən görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də Şirməmməd Hüseynovla vida mərasiminə gəlib.

***11:48

İyunun 24-də dünyasını dəyişən görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

BAKU.WS-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, vida mərasiminə mərhumun övladları, elədəcə də, ictimai xadimlər və BDU-nun müəllimləri və tələbələri iştirak edib.

Tədbirdə həmçinin Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digərləri iştirak edirlər.

Lalə Ramizqızı
BAKU.WS


QALEREYA