Balakəndə 66 yaşlı kişi arvadını boğaraq qətlə yetirib. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün saat 05.00 radələrində rayonun Mahmalar kəndində 1953-cü il təvəllüdlü Nəcəfəli Mahmad oğlu Xəlilov həyat yoldaşı, 1960-cı il təvəllüdlü Şahnaz Sədi qızı Xəlilovanı münaqişə zəminində öldürüb.

N. Xəlilov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.
BAKU.WS