SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Bakı Metrosunda yaranmış problem hərəkəti iflic vəziyyətinə salıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, “Həzi Aslanov” stansiyası istiqamətindən üzü “Dərnəgül” və “İçərişəhər” stansiyaları istiqamətində sıxlıq yaşanıb.

Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, səhər saat 8 radələrində "Həzi Aslanov"- "İçəri Şəhər" İstiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

“Qatarda baş verən texniki nasazlıq nəticəsində təxminən 8 dəqiqəlik fasilə yaranıb. İki qatar arasında olan intervalı da nəzərə alsaq bu ümumi intervala 12 dəqiqə əlavə olunub.

Texniki nasazlıq baş verən qatar stansiyada sərnişinləri boşaldıb və depoya yola salınıb. Onun yerinə isə xəttə əlavə qatar verilib.

Hazırda qatarların hərəkəti bərpa edilib. Amma qrafikin tam normaya düşməsi üçün bir az vaxt lazımdır".

Ziya SƏCCAD
BAKU.WS