SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Zərifə Əliyeva küçəsində "Kia" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığında hərəkətinə davam edib.

Bu zaman onun avtomobili A.Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Kia" yol kənarındakı səkiyə dəyib. Qəza nəticəsində "Kia" sürücüsü və bir sərnişin xəsarət alıb. "BMW"-nin sürücüsü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
BAKU.WS
VİDEO