SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Xətai rayonu ərazisində "Mercedes" markalı maşın yanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.

Verilən məlumata görə, yanğın “Həzi Aslanov” metrosu yaxınlığında baş verib.

Əraziyə yanğınsöndürənlər çağırılıb. Lakin yanğınsöndürənlər gələnə qədər alovun qarşısı vətəndaşlar tərəfindən alınıb və yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Baş verən yanğınla bağlı araşdırmalar aparılır.
BAKU.WS
VİDEO