63 yaşlı qadın onu şantaj edən sevgilisini polisə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda şantaj edildiyini bildirən qadın oktyabrın 4-də polisə müraciət edib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü S.Quliyeva bildirib ki, sevgi münasibətində olduğu M.Məcidov 2017-2022-ci illər ərzində onu dəfələrlə hədələyərək pul alıb. O, həmin şəxsin 5 il ərzində ondan fotolarını yayacağı hədəsi ilə ümumilikdə 2590 manat aldığını bildirib.
Hədələrin davam etdiyini deyən qadın həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.
Müraciətlə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...