Nazirlik əməkdaşı qeyrət üstündə öldürüldü YENİLƏNİB

Nazirlik əməkdaşı qeyrət üstündə öldürüldü YENİLƏNİB
Hadisə 2102
35 yaşlı Emin Vəli oğlu Kərimovu öldürən şəxsin kimliyi məlum olub.BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “oxu.az”a bildirilib.Verilən məlumata görə, qətldə şübhəli bilinən şəxs 2-ci mikrorayon sakini Şəmsəddin İbrahimov.O, Emin Kərimovu işdən sonra izləyib və bıçaqla ona hücum edib. Kərimov hadisə yerində ölüb. Ş.İbrahimov hadisədən sonra könüllü polisə təslim olub. İlkin məlumata görə, qətl namus üstündə törədilib.Faktla bağlı cinayət işi açılıb.***13:10***Sumqayıt şəhərində 35 yaşlı kişi qətlə yetirilib.BAKU.WS "report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu iş yerində bıçaqlanaraq öldürülüb.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda fəhlə iş yerində qətlə yetirilib

Sumqayıtda fəhlə iş yerində qətlə yetirilib

Sumqayıtda qətl hadisəsi törədilib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.Belə ki, Sumqayıt şəh...

1049 Hadisə 22:14 24 aprel 2019

Son xəbərlər