SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

Ağcabədi rayonunda 3 nəfər özünü öldürməyə cəhd edib. 

BAKU.WS
-in məlumatına görə, onlar yaşayış binasının damına çıxıblər və özlərini oradan atmaq istəyiblər.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WSS-ə verilən məlumata görə, nazirliyin xilasediciləri hadisə yerinə gedib və hər 3 şəxsi aşağı düşürə bilib. Xilasedicilər intihara cəhd edənləri aidiyyatı üzrə təhvil veriblər.

Hadisə şahidləri bildiriblər ki, özünü öldürmək istəyən şəxslər Ağcabədi rayon İcra Hakimiyyəti və nümayəndəliklə problem yaşadıqları üçün özlərinə qəsd etmək istəyiblər. Lakin intiharı dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Ziya Babayev
BAKU.WS