Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib. 
 
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 km solda, nəzarətsiz ərazidə) qeydə alınıb. 
 
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər intihar etmək məqsədi ilə özünü dənizə atıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb edilib və vətəndaş xilas edilib.
 
Əməliyyat saat 20:41-də başa çatıb. 
 
Şahin Həbibov
BAKU.WS