6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Ədliyyə və Fövqəladə Hallar Nazirliklərinin birgə məlumatında deyilib.
Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.
***17:36
Bakı şəhərində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bununla bağlı qaynar xəttə məlumat daxil olub.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) hadisənin araşdırıldığı bildirilib.
Oxşar xəbərlər
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolun...