6 aydır komada olan müəllim vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Əsmər Baxşəli qızı Tağıyeva vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, martın 20-də Ordubad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. İki azyaşlı övladı olan müəllim beş ay müddətində Reanimasiya şöbəsində müalicə olunub, lakin həkimlərin səyinə baxmayaraq, həyatını itirib.
Qeyd edək ki, Əsmər Tağıyeva 1989-cu ildə Şahbuz rayonunda dünyaya gəlib. O, 2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək həmin ildən Sabirkənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...