SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anının görüntüləri yayılıb.

BAKU.WS
  ONA-ya istinadən xəbər verir ki, video görüntüdən məlum olur ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində yüksək sürətlə idarə olunan “VAZ-2107” markalı avtomobil yolu keçən ata və oğulu vurur.

Qeyd edək ki, məlum qəza nəticəsində 54 yaşlı Qəribov Səttar Əsgərəli oğlu dünyasını dəyişib. Onun oğlu, 1990-cı il təvəllüdlü Qəribov Anar Səttar oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS