SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncədə piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.


BAKU.WS xəbər verir ki, ötən gün saat 21:55-də Seymur Aslan oğlu Aslanov idarə etdiyi “Mercedes C240” markalı, 90 RS 449 qeydiyyat nömrə nişanlı avtomobillə qəza törədib. O, idarə etdiyi maşınla Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən yolu keçən 1952-ci il təvəllüdlü Əli Əşrəf oğlu Məmmədovu vurub.

Qəza nəticəsində yaralı xəstəxanada ölüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS