SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Şəkidə ağır yol qəzası baş verib.


BAKU.WS xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunda qeydə alınıb. Belə ki. 1994-cü il təvəllüdlü Tərlan Fərhad oğlu İsgəndərov idarə etdiyi “VAZ-2106” markalı 55 BT 367 dövlət nömrə nişanlı avtomobillə Şəkidən Yevlax istiqamətinə hərəkətdə olarkən qəzaya uğrayıb.

Sürücü idarəetməni itirib və avtomobil yolun soluna çıxaraq daş divara çıxpılıb.

Qəza nəticəsində sürücü və onun qohumu, sərnişin 1987-ci il təvəllüdlü Namiq Həsrət oğlu İsgəndərov ağır yaralanıb.

Qəza nəticəsində yaralananlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanada dünyasını dəyişib.
Faktla bğalı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS