VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Xəzərin Türkmənistan sektorunda tapılan neftçilərin cəsədləri Vətənə gətirilib.

BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

 

Məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in "BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb.

Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Ziya Babayev
BAKU.WS