59 yaşlı kişini Gədəbəydə ürəyindən bıçaqlayıb öldürdülər
Yeniliklərdən dərhal xəbərdar olun
İyun 15-də 1963-cü il təvəllüdlü Məsim Pirverdiyevin Gədəbəy rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Gədəbəy rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Şabranda 25 yaşlı gənc qətlə yetirilib
Şabranda 25 yaşlı gənc qətlə yetirilib. Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyun 15-i saat 23 radələrində 1997-ci il təvə...