SİZİN REKLAM BURADA!
055 213 76 73



"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
 
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5” və "Vixr-8” yanğınsöndürmə gəmiləri, habelə özülə desant edilmiş yanğınsöndürmə manqası fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.
 
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.  Qəza nəticəsində dənizdə itkin düşənlərdən 7 nəfərin cəsədini aşkar edib. Ümumilikdə hadisə yerində 63 işçi olub. Onlardan 33 nəfər xilas olunub. 23 nəfər isə itkin düşüb. "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində yanan neft quyularında yanğın tamamilə söndürülüb. Platformadakı yanan qaz quyularında isə yanğın söndürmək mümkün olmayıb.

Şahin Həbibov
BAKU.WS