58 yaşlı kişini "tok" vuraraq ÖLDÜRDÜ

58 yaşlı kişini tok vuraraq ÖLDÜRDÜ
Hadisə 68

Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Gəncə şəhərində elektrik dirəyində cərəyan vurması nəticəsində ölən 1964-cü il təvəllüdlü Əsgərov Fərhad Teyyub oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər