SİZİN REKLAM BURADA!
055 213 76 73



Neft Daşlarındakı 501 saylı və "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzalarla əlaqədar itkin düşənlərin ailə üzvləri müraciət edərək axtarış əməliyyatında iştirak etmək istədiklərini bildiriblər.
 
BAKU.WS-in məlumatına görə, müraciət Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən müsbət qiymətləndirilib. Bununla əlaqədar olaraq, həmin insanlar 29 dekabr 2015-ci il tarixində FHN-in 2 helikopteri və "AZAL” QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak edib.
 
BAKU.WS