SİZİN REKLAM BURADA!
055 213 76 73


 
""Günəşli" platformasındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir. Hava şəraiti axrarış üçün tam əlverişlidir. Ancaq itkin düşənlərdən hələlik heç kimi tapmaq mümkün olmayıb".

BAKU.WS-in məlumatına görə, bu barədə ANS PRESS-ə "Günəşli” platformasında baş vermiş qəza ilə əlaqadar yaradılmış qərargahdan məlumat veriblər. Bildirilir ki, hazırda axtarışlara Fövqəladə Hallar Nazirliyinin 1 gəmisi, 1 helikopteri və 1 təyyarəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin 5 axtarış gəmisi və AZAL-ın 2 təyyarəsi cəlb edlib. Bundan başqa itkin düşənlərin tapılması istiqamətində dalğıclar da axtarış işlərini davam etdirirlər.

Qərargahdan yanğın ilə əlaqadər olara isə bildirdilər ki, neft quyularında yanğının qarşısı tam alınıb: "Qaz quyularında isə təəssüf ki, hələlik yanğın davam edir. Yanğının qarşısının alınmasında əsas çətinlik hava şəraitidir. Hazırda xarici mütəxəssislər yanan qaz quyularınının söndürülməsi üçün bütün lazım olan texnikanı hazır vəziyyətə gətiriblər. Ancaq hava şəraiti hələlik işləməyə imkan vermir. Hava şəraiti uyğun olan kimi, qaz quyularında baş verən yanğın söndürüləcək", - deyə qərargahdan bildirdilər.
 
BAKU.WS