SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Novxanıda Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.


BAKU.WS xəbər verir ki, bu barədə Abşeron Rayon Polis İdarəsindən bildirilib. İdarədən verilən məlumata görə, Azərbaycan Xalq Partiyası, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası,

sonra isə Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası nümayəndələri, ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.

qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər.

Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

BAKU.WS