SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda səhər saatlarında ağır zəncirvari yol qəzası baş verib.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər. Verilən məlumata görə, qəza Ziya Bünyadov prospektində, Ayna Sultanova heykəlinə yaxın hissəsində qeydə alınıb.

Bildirilib ki, iki minik və bir yük maşınının toqquşması nəticəsində sonuncu aşıb. Əraziyə yol polisləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qəzanın görüntülərini təqdim edirik.

Ziya SƏCCAD
BAKU.WS