VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçinin cəsədi gətirilib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən  FHN-in "BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilmiş və aidiyyatı üzrə təhvil verilib.
 
BAKU.WS