Prezident Administrasiyasına məxsus BMW markalı avtomobil qəzaya düşüb.

BAKU.WS-in musavat.com-a istinadla verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda H.Seyidzadə küçəsində baş verib.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Teymur Rəhimovun idarə etdiyi, Prezident Administrasiyasına məxsus BMW markalı 10 PA 580 dövlət nömrə nişanlı avtomobil Bakı sakini, 1967-ci il təvəllüdlü Leyla Abdullayevanın idarə etdiyi "Okean avto” MMC-yə məxsus "Hyundai Accent" markalı 10 PT 068 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hər iki avtomobilə zərər dəyib. Sürücülərdən ağır xəsarət alan olmayıb.
 
BAKU.WS