SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Salyan rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

BAKU.WS DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 3-də saat 17 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində Salyan şəhər sakini Seyidabdulla Ağalarovun idarə etdiyi "BMW” və Aşağı Surra kənd sakini İlham Rəhmanovun idarə etdiyi "KamAZ” markalı avtomobillər toqquşubr.

Nəticədə "BMW”-nin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb.

Publika.az xəbər verir ki, dəhşətli qəzada vəfat edən 27 Ağalarov Seyidabdulla Şahin oğlu Qaraqaşlı kənd icra nümayəndəliyinin mühasibi olub. Avtomobildə onunla birgə Qaraqaşlı kənd icra nümayəndəsinin müavini Tural Tanrıverdiyev də olub və həmin şəxs də müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, S.Ağalarov ali təhsilli olub, 3 il əvvəl ailə həyatı qurub və yenicə ata olubmuş. Onun bəzi fotolarını təqdim edirik:

BAKU.WS