SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mayın 6-da gecə saatlarında Tovuzda baş vermiş dəhşətli qəzada ölən polis zabitinin fotoları yayılıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı olan Qəhrəmanov Zakir Şakir oğlunun idarə etdiyi "Porsche" Tovuzun mərkəzindəki Heydər Əliyev prospektində divara çırpılması nəticəsində o, hadisə yerindəcə vəfat edib. Məlum olub ki, əslən Tovuzdan olan Z.Qəhrəmanov rayona toy məclisinə gedibmiş.

Qeyd edək ki, hadisə vaxtı avtomobildə olan Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və  Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
 
Qəzada dünyasını dəyişən Zakir Qəhrəmanov "Nərgiz" klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.
 
BAKU.WS