SİZİN REKLAM BURADA!
055 213 76 73



Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, aprelin 5-də saat 5 radələrində Salyan şəhərinin ərazisində Arbatan kənd sakini Fərzalı Fərəcov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən rayon sakinləri Kəmalə Əsgərovanı və Səriyyə Əhədovanı vurub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, S.Əhədova orada ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

BAKU.WS