Bakının mərkəzində yol nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə bu gün saat 12:15 radələrində Səbail rayonu, Vaqif küçəsində qeydə alınıb. "Mercedes Benz Galenwagen” markalı, 90 TG 099 dövlət nömrə nişanlı avtomobil "Toyota Prado” markalı, 90 BE 625 dövlət nömrə nişanlı maşınla toqquşub.
 
Zərbənin təsirindən "Toyota Prado” aşıb. Nəticədə hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb. Hazırda yol polisi hadisə yerində araşdırma aparır.  
 
BAKU.WS
 

 

 



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ