SİZİN REKLAM BURADA!
055 213 76 73



Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhər sakinləri, 1962-ci il təvəllüdlü Tarverdiyeva Yeganə Rafiq qızı və 1984-cü il təvəllüdlü Əliyeva Sevinc Mais qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncə şəhərində ağır avtomobil qəzası baş verib.

BAKU.WS