Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Belə ki, 2 evdən və 1 mağazadan təmir-tikinti alətləri, pəncərə çərçivəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov,

2 avtomobildən, 1 qadının çantasından pul, yaddaş kartı, videoqeydiyyat qurğusu və 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İsayev,

3 evdən pul, velosiped və geyim əşayaları oğurlamış, 1 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini Gülmirzə Şəfiyev,

2 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əhmədov saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

BAKU.WS