SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Daxili İşlər Nazirliyi dekabrın 21-də restoranda baş verən cinayət hadisəsi ilə bağlı məlumat yayıb.
 
BAKU.WS-in məlumatına görə, ötən gün saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Zeytə” restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev "Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetririb hadisə yerini tərk ediblər. 

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
BAKU.WS